SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
BU AVTOMOBİL YOLUNDA ÖDƏNİŞİN MƏBLƏĞİ BİLİNDİ
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan istifadə üçün yeni ödəniş tarifləri müəyyən edilib. Qərarla yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun
81,3 kilometrlik hissəsi ödənişli olacaq. Sürücülər istifadə etdikləri nəqliyyat vasitəsinə uyğun olaraq ödəniş edəcəklər.Minik avtomobilləri və 3,5 tona qədər yük maşınları üçün gediş haqqı hər kilometrə 8,6 qəpik təşkil edir. Bu da yolun tam hissəsi üçün təxminən 7 manat edir.3,5 tondan ağır yük maşınları hər kilometr üçün 10,6 qəpik, avtobuslar isə 7,1 qəpik ödəyəcəklər.Ən yüksək tarif qoşqulu və yarımqoşqulu iri yük avtomobillərinə aiddir. Onlar hər kilometr üçün 17,7 qəpik ödəyəcəklər.Motosikletlər üçün isə tarif hər kilometrə 4,65 qəpik müəyyən olunub.Qanunla ödənişdən azad edilən nəqliyyat vasitələri bu tariflərdən təsirlənməyəcək.




