YENİ QAYDA QÜVVƏYƏ MİNDİ
EVDƏ İSTİFADƏ ETDİYİNİZ BƏZİ LAMPALAR ARTIQ QADAĞANDIR
1 İyul 2026-cı ildən Azərbaycanda bəzi közərmə lampalarının satışı qadağan edilir.“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun müvafiq tələbinə görə, 25–60 Vt gücündə olan və işıqlandırma üçün istifadə edilən közərmə lampalarının idxalı, istehsalı və satışı dayandırılır. İstehsal proseslərində və xüsusi məqsədlər üçün istifadə olunan lampalar isə bu qadağaya aid deyil.Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən 60 Vt və daha güclü közərmə lampalarının satışı da qadağan edilib.

