ŞİRKƏT SAHİBLƏRİNİN NƏZƏRİNƏ
ƏDV DEPOZİTİNDƏKİ VƏSAİTİ DSMF-YƏ KÖÇÜRƏ BİLƏCƏKLƏR
Azərbaycanda qeyri-neft-qaz sahəsində çalışan özəl şirkətlər üçün yeni dəyişiklik təklif olunur.
Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, şirkətlər gələcəkdə ƏDV depozit hesabındakı vəsaitin bir hissəsini Dövlət Sosial Müdafiə Fonduna köçürə biləcəklər.Yeni qayda qəbul olunarsa, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində tətbiq ediləcək. Məqsəd şirkətlərin ƏDV hesabındakı vəsaitdən daha çevik istifadə etməsinə və sosial ödənişlərin maliyyələşdirilməsinə əlavə imkan yaratmaqdır.

