ÇİYƏLƏK SATIŞI KƏSKİN ARTIB
ÇİYƏLƏK SATIŞI KƏSKİN ARTIB
AZƏRBAYCAN 26 MİLYON DOLLARDAN ÇOX GƏLİR ƏLDƏ EDİB
2026-cı ilin may ayında Azərbaycandan 26,6 milyon dollarlıq çiyələk ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Məlumata görə, çiyələk ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 milyon dollar artıb. Belə ki, 2025-ci ilin may ayında Azərbaycandan 10,2 milyon dollarlıq çiyələk ixrac edilmişdi.

