MÜHARİBƏ RUSİYANI BELARUS BENZİNİNƏ MÖHTAC QOYDU
MÜHARİBƏ RUSİYANI BELARUS BENZİNİNƏ MÖHTAC QOYDU
YANACAQ İDXALI TARİXİ MAKSİMUMA ÇATDI
Belarusdan Rusiyaya benzin idxalı 2026-cı ilin iyun ayında tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, 2026-cı ilin 1-25 iyun tarixləri arasında Belarusdan Rusiyaya 141 min ton benzin idxal edilib ki, bu da may ayının bütün göstəricisindən təxminən iki yarım dəfə çoxdur.
Ötən ilin iyun ayında isə idxal həcmi cəmi 1000 ton olub.
Məlumata görə, Belarus əvvəllər Orta Asiya ölkələrinə göndərilən yanacağın bir hissəsini Rusiyaya yönləndirib. Bundan əlavə, ilin əvvəlindən bəri Belarus benzininin Rusiya ərazisindən tranziti 196 min tondan 24 min tona qədər azalıb.
Xatırladaq ki, Ukraynanın dronlar vasitəsilə Rusiyanın enerji resurslarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyatlar bu ölkədə ciddi enerji böhranına səbəb olub.

