AZƏRBAYCAN ABŞ-DƏN ÇOX GÜRCÜSTANLA TİCARƏT ETDİ
AZƏRBAYCAN ABŞ-DƏN ÇOX GÜRCÜSTANLA TİCARƏT ETDİ
YENİ RƏQƏMLƏR AÇIQLANDI
2026-cı ilin yanvar-may aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri384 milyon 531 min ABŞ dolları təşkil edib.”Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 % azdır.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub.2026-cı ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında isə ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur.Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,3 %-i qədər olub.

