EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?
RUSİYADAKI 56 ŞİRKƏTİN GƏLİRLƏRİ AÇIQLANDI
Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarovun Rusiyada təsisçi kimi pay sahibi olduğu şirkətlərin 2025-ci il üzrə maliyyə göstəriciləri məlum olub. Yeniavaz.com-un Rusiyanın rəsmi qurumlarına istinadən yaydığı məlumata görə, hazırda Emin Ağalarovun Rusiyada 56 şirkətdə payı var. Bu şirkətlərin 2025-ci ildə əldə etdiyi ümumi gəlir 6 milyard 686 milyon 739 min rubl, yəni təxminən 147,1 milyon manat olub. Şirkətlər arasında ən yüksək gəliri “Krokus Fitnes” əldə edib. Şirkət ötən il 2,4 milyard rubl -təxminən 52,8 milyon manat gəlir əldə edib. “Krokus Fitnes”in 100 faizlik payı Emin Ağalarova məxsusdur.
Ən çox gəlir əldə edən digər şirkətlər isə “Piç Rest” ,Ryumka na Lesnoy”,“Aqalarov-Development” və digərləri olub.Bəzi şirkətlərin gəliri daha aşağı olub,bəzilərinin gəliri isə 0 rubl göstərilib.Bir sıra şirkətlərin isə maliyyə göstəriciləri açıqlanmayıb.

