SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR
5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ
HƏRRACA ÇIXARILIR
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə 50 faiz endirimlə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 61 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonundakı 370 kvadratmetr sahəsi olan mənzillər daha əvvəl 4 dəfə hərraca çıxarılsa da, onları alan olmayıb. İyulun 16-da 61 kvadratmetrlik mənzil 175 min manata, 370 kvadratmetr sahəsi olan mənzil isə 463 min 125 manata alıcılara təqdim olunacaq.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə,ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə,təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

