XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK
“VALYUTA TƏNZİMİ HAQQINDA” QANUNA DƏYİŞİKLİK EDİLDİ
Qeyri-rezidentlərin Azərbaycana qoyduqları investisiyalardan əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranan əlavə dəyərin repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək. “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən köçürmə zamanı vəsaitin əvvəllər Azərbaycana gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim edilməsi obyektiv səbəblərdən qeyri-mümkün olduqda, investisiya obyektinin qanuni əldə edilməsini təsdiq edən dövlət reyestrindən rəsmi çıxarış ilkin mədaxil sənədi qismində qəbul edilir. Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

