MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDU
DÖRD BANKA 73 MİLYON MANAT YERLƏŞDİRİLİB
Maliyyə Nazirliyi 8 aylıq fasilədən sonra depozit hərraclarını yenidən bərpa edib. Nazirlikdən verilən məlumata görə dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib. Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7.24% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
**

