AQRAR SEKTORDA 10 İLİN NƏTİCƏLƏRİ AÇIQLANDI
AQRAR SEKTORDA 10 İLİN NƏTİCƏLƏRİ AÇIQLANDI
KƏND TƏSƏRRÜFATINDA ARTIM 38%-Ə YAXIN OLUB
Son 10 ildə Azərbaycanda real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub. Bu göstərici bitkiçilik sahəsində 48,2 % və heyvandarlıq sahəsində isə 29,6 % idi. Ümumilikdə aqrar və qida məhsullarının ixracı da 62,8 % yüksəlib. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunan mətbuat konfransında deyib.Onun sözlərinə görə, soyuducu anbarların həcmi artıb, taxıl elevatorlarının və logistika imkanları yaxşılaşdırılıb, həmçinin fermerlərin lizinqə çıxış imkanları yaxşılaşdırılıb. 96 mindən çox kənd təsərrüfatı texnikasına lizinqlərlər verilib.




