AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİB
İQTİSADİYYAT NAZİRİ STİV DEYNSİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDÜ
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.Görüşdə Azərbaycanla ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.Həmçinin Orta Dəhlizin və TRIPP marşrutu təşəbbüsünün beynəlxalq ticarətin inkişafı, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolu vurğulanıb.

