BAKI ENERJİ HƏFTƏSİNƏ START VERİLİB
BAKI ENERJİ HƏFTƏSİNƏ START VERİLİB
İLK DƏFƏ ABŞ-AZƏRBAYCAN İQTİSADİ DİALOQU KEÇİRİLƏCƏK
Bakı Enerji Həftəsinə start verilib.Tədbir 1-3 iyun aralığında keçiriləcək və 31-ci Xəzər Neft və Qaz Beynəlxalq Sərgisini, 14-cü Xəzər Enerji Beynəlxalq Təmiz Enerji Sərgisini və 31-ci Bakı Enerji Forumunu özündə birləşdirir.Enerji həftəsində 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək,bir sıra mühüm sessiyalar təşkil olunacaq.Həmçinin ilk dəfə olaraq D8 ölkələrinin energetika nazirlərinin iclası keçiriləcək.
İyunun 2-də isə İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu baş tutacaq.




