FARS KÖRFƏZİNDƏKİ VƏZİYYƏT DƏRMAN QITLIĞI YARADA BİLƏR
BƏZİ ANTİBİOTİKLƏR VƏ PARASETAMOL RİSK ALTINDADIR
İran ətrafında yaranan vəziyyət və Hörmüz boğazının blokadaya alınması riski Avropada dərman qıtlığına səbəb ola bilər. Məlumata görə ilk növbədə bəzi antibiotiklər və parasetamol risk altındadır.Oxu.Az xəbər verir ki, Avropa əczaçılıq sənayesi xammal tədarükündə 80% Çin və Hindistandan asılıdır. Həmin ölkələrin əczaçılıq sektoru isə neft və qaz qiymətlərindəki qeyri-sabitliyə görə çətinlik yaşayır. Eyni zamanda, Asiya və Yaxın Şərqdə aviauçuşların ləngiməsi təchizat zəncirini ciddi şəkildə pozub.
Alternativ çatdırılma yolları mövcud olsa da, onların xərci qat-qat yüksəkdir deyə bildirilib.
Etilen, karbamid və parafin kimi bir çox komponentlər birbaşa Fars körfəzi ölkələrindən gətirilir.




