Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
ÇİN AMERİKA NEFTİ ALMAĞA RAZI OLDU
May 15, 2026
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
May 15, 2026
39 ÖLKƏ QARABAĞA İNVESTİSİYA QOYMAQ İSTƏYİR
May 15, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
DAŞINMAZ ƏMLAK BAHALAŞIB
May 15, 2026
GBARU.com
May 15, 2026
AZƏRBAYCANIN QEYRİ-NEFT İXRACI 13% ARTIB
May 15, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/Qlobal/ƏN BÖYÜK QAZANCI KRİPTOVALYUTADAN GƏLDİ
QlobalXəbərlər

ƏN BÖYÜK QAZANCI KRİPTOVALYUTADAN GƏLDİ

May 11, 2026

ƏN BÖYÜK QAZANCI KRİPTOVALYUTADAN GƏLDİ
TRAMPIN SƏRVƏTİ BİR İLDƏ 1,4 MİLYARD DOLLAR ARTDI

ABŞ Prezidenti Donald Trampın sərvəti son bir ildə əhəmiyyətli dərəcədə artıb.
Yeniavaz.com xəbər verir ki, “Forbes” jurnalının 2026-cı ilin mart ayında dərc etdiyi hesablamalara əsasən, ABŞ prezidentinin xalis sərvəti hazırda 6,5 milyard dollar təşkil edir. Bu göstərici 2025-ci ilə müqayisədə təxminən 1,4 milyard dollar çoxdur. Məlumata görə, sərvət artımının əsas səbəbləri kriptovalyuta layihələrindən əldə olunan gəlirlər, lisenziyalaşdırma biznesinin genişlənməsi və hüquqi öhdəliklərin azalması olub.
Nəşr bildirir ki, Trampın ən böyük sərvət mənbəyi kriptovalyuta aktivləri və nağd vəsaitdir. Bu kateqoriyanın ümumi dəyəri 2,1 milyard dollar qiymətləndirilir. Həmin məbləğin təxminən 1,3 milyard dollarını likvid aktivlər təşkil edir. Trampın qolf klubları və kurortlarının ümumi dəyəri isə 1,5 milyard dollar hesablanır. Bu aktivlər arasında ən yüksək qiymətləndirilən obyekt Mar-a-Lago malikanəsidir. Onun dəyərinin 564 milyon dollar olduğu bildirilir. ABŞ-dəki qolf klubları şəbəkəsinin ümumi dəyəri isə 549 milyon dollar təşkil edir.Daşınmaz əmlak investisiyalarının ümumi dəyəri 1,2 milyard dollar olaraq göstərilir. Bu siyahıya “Trump Tower”, “40 Wall Street” və Nyu-Yorkla San-Fransiskodakı müxtəlif ofis binaları daxildir.
Bununla yanaşı, Trampın “Trump Media & Technology Group” şirkətindəki payının dəyəri 1,2 milyard dollar qiymətləndirilir. Şirkət “Truth Social” sosial şəbəkəsinin ana qurumudur. Lakin son bir ildə bu aktivin dəyərinin 1,3 milyard dollardan çox azaldığı vurğulanır.
“Forbes” qeyd edir ki, Tramp brendi altında fəaliyyət göstərən lisenziyalaşdırma biznesi, şəxsi təyyarələr və pensiya fondları daxil olmaqla digər aktivlərin ümumi dəyəri təxminən 551 milyon dollardır. Xüsusilə yeni beynəlxalq müqavilələr hesabına lisenziyalaşdırma və idarəetmə biznesindən 533 milyon dollar gəlir əldə edildiyi bildirilir.

Teqlər:

kriptovalyutaqlobalsərvəttrumpxəbərlər

Əvvəlki yazı

XAMMAL ÇATIŞMAZLIĞI VƏ QİYMƏT ARTIMI RİSKİ ARTDI

Növbəti yazı

AZƏRBAYCANDA BANK İŞÇİLƏRİ İLƏ BAĞLI QƏRAR

Related Posts

İqtisadiyyat
ÇİN AMERİKA NEFTİ ALMAĞA RAZI OLDU
Biznes TV
By Biznes TV
Digər
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
Biznes TV
By Biznes TV
İqtisadiyyat
39 ÖLKƏ QARABAĞA İNVESTİSİYA QOYMAQ İSTƏYİR
Biznes TV
By Biznes TV
Digər
BAKIDAN DUBAYA REYSLƏR BƏRPA OLUNDU
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
ÇİN AMERİKA NEFTİ ALMAĞA RAZI OLDU
May 15, 2026
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
May 15, 2026
39 ÖLKƏ QARABAĞA İNVESTİSİYA QOYMAQ İSTƏYİR
May 15, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV