XAMMAL ÇATIŞMAZLIĞI VƏ QİYMƏT ARTIMI RİSKİ ARTDI
DÜNYA BAZARINDA KÜKÜRD TURŞUSU ÇATIŞMAZLIĞI YARANDI
Yaxın Şərqdəki münaqişə dünya sənaye bazarına gözlənilməz zərbə vurub. Nəticədə qlobal tədarük zənciri pozulub və kükürd turşusu bazarında ciddi çatışmazlıq yaranıb. Fins.az xəbər verir ki, əsas problemlərdən biri Hörmüz boğazı üzərindən daşımaların dayanması ilə bağlıdır. Bu marşrut əvvəllər Fars körfəzi ölkələrindən kükürd ixracının mühüm hissəsini təmin edirdi.Kükürd turşusu sənayedə geniş istifadə olunur. Gübrə istehsalı, mikroçiplərin hazırlanması, ağac emalı, dəri aşılama və mis filizinin emalı kimi sahələrdə kritik rol oynayır.
Logistik zəncirdə yaranan pozuntu bir neçə sənaye sahəsində xammal çatışmazlığı və qiymət artımı riskini artırıb.




