Azərbaycandan qaçan sabiq qurum rəsmisi həbs olundu

Milyonluq qaçaqmalçılıqda ittiham olunan Baş Gömrük İdarəsinin sabiq böyük əməliyyat müvəkkili Ənvər Tağıyev Ukraynada saxlanılıb. Fed az xəbər verir ki,Baş Prokurorluğun müraciəti və apardığı danışıqlar nəticəsində onun Azərbaycana ekstradisiyası üzrə razılıq əldə olunub.Ənvər Tağıyev xüsusilə böyük məbləğdə qaçaqmalçılıqda təqsirləndirilir. O, istintaqdan yayındığı üçün İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmişdi.Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq prosedur işləri həyata keçirilir.





