Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent108.29$0.61%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%

News

Breaking coverage of Azerbaijani and global economics

Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək
Economy

Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək Biznes TV “Report”-a istinadən xəbər verir ki, dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu təşkil ediləcək. Forum muxtar respublikanın Maliyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə […]

1 min read
Bakıda “Sıfıra doğru” şüarı altında Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib
Economy

Bakıda “Sıfıra doğru” şüarı altında Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib

Bakıda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sıfıra doğru” şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda sənaye təhlükəsizliyi sahəsində mövcud vəziyyəti təhlil etmək və inkişaf perspektivlərini müəyyənləşdirməkdir. Tədbirin “Sinerjidən enerjiyə” mövzusundakı birinci panelində innovasiyaları davamlı, karbonsuz […]

2 min read
Kapital Bank-da yeni “Tech Guild Kick-Off” platformanın açılışı olub
Economy

Kapital Bank-da yeni “Tech Guild Kick-Off” platformanın açılışı olub

Kapital Bank-ın “Agile” və Texniki ofisinin birgə təşkilatçılığı ilə “Tech Guild Kick-Off” tədbiri baş tutdu. Tədbir texniki və biznes sahələrində çalışan əməkdaşların bilik və təcrübə mübadiləsinə, həmçinin texnologiya sahəsində yeni yanaşmaların tətbiqinə həsr edildi. Tədbirin açılışında “Agile” Ekspert Mərkəzinin lideri Şahnaz Nuri gildiyaların “Agile” transformasiyaya yeni nəfəs gətirdiyini və bir çox istiqamətin inkişafında yeni bir […]

2 min read
Agentlik nümayəndəsi: Azərbaycan İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var
Economy

Agentlik nümayəndəsi: Azərbaycan İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

Azərbaycanda gələcəkdə vençur fondların sayının artması gözlənilir. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnvestisiyalar və Ekosistemə Dəstək Şöbəsinin müdiri Ağahüseyn Əhmədov dekabrın 13-də keçirilən “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı bildirib. Azərbaycan İnnovasiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verən Ağahüseyn Əhmədov qeyd edib ki, indiyədək Mərkəzdə 33 tədbir təşkil olunub […]

2 min read
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu il 5 akselerasiya proqramı reallaşdırıb
Economy

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu il 5 akselerasiya proqramı reallaşdırıb

Bu il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən 5 akselerasiya proqramı həyata keçirilib. Bu barədə Agentliyin İnvestisiyalar və Ekosistemə Dəstək Şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun cari il üzrə fəaliyyətinə həsr olunmuş hesabat tədbirində məlumat verib. “Bu proqramlar çərçivəsində 1 milyon avro investisiya cəlb edilib və 10 roadshow səfəri təşkil […]

1 min read
Agentlik: Bu il 65 startap özünü minimal işlək məhsul səviyyəsinə çatdırıb
Economy

Agentlik: Bu il 65 startap özünü minimal işlək məhsul səviyyəsinə çatdırıb

Bu il Azərbaycanda 65 startap minimal işlək məhsul (MVP) səviyyəsinə çatıb. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun cari il üzrə fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib. Onun sözlərinə görə, bu il bazara çıxış imkanlarının genişləndirilməsi məqsədilə 9 “Demo Day” tədbiri […]

1 min read
Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq
Economy

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişlənir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhərsalma və Tikinti Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən enerji doldurucularının yerləşdirilməsinə icazə tələb […]

1 min read
SOCAR ilə İtaliya bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb
Economy

SOCAR ilə İtaliya bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “İntesa Sanpaolo” bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb. BiznesTV SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub. Görüşdə “Intesa Sanpaolo” bankı ilə SOCAR arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb. Eyni zamanda, səfər çərçivəsində […]

1 min read
Azərbaycanda bank lisenziyası olan poçt filiallarının SAYI AZALDILDI
Economy

Azərbaycanda bank lisenziyası olan poçt filiallarının SAYI AZALDILDI

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib. BiznesTV “Report”a istinadən xəbər verir ki, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşir. Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib. Qeyd edək […]

1 min read