
“Equinor” Azərbaycandakı aktivlərinin satışından 745 milyon dollar əldə edəcək
“Report”-un məlumatına görə, “Equinor” 29 noyabr və 6 dekabrda Azərbaycan və Nigeriyada hasilat aktivlərindən çıxmaq üzrə ümumi dəyəri 2 milyard dollara yaxın olan sövdələşmələri tamamlayıb. Bu məbləğin 745 milyon dolları Azərbaycan portfelinin satışından əldə edilib. Şirkət, aktivlərin satılmasını neft-qaz portfelinin optimallaşdırılması strategiyasının bir hissəsi kimi dəyərləndirərək, uzunmüddətli mənfəəti təmin etmək üçün beynəlxalq portfelini fokuslaşdırmağa davam […]

