GÜNƏBAXAN VƏ SOYA YAĞLARI KƏSKİN BAHALAŞIB
DÜNYA BAZARINDA BİTKİ YAĞLARI 2022-DƏN BƏRİ ƏN YÜKSƏK HƏDDƏ ÇATIB
Dünya bazarında bitki yağlarının qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Dünya Bankının məlumatına görə, may ayında günəbaxan, raps və soya yağlarının orta qiymətləri artaraq son illərin maksimum səviyyəsinə çatıb.Günəbaxan yağının qiyməti aprel ayı ilə müqayisədə 1,3% artaraq ton üçün 1505 dollar olub və 2022-ci ilin iyulundan bəri ən yüksək göstəriciyə çatıb.Raps yağının qiyməti 8,7% artaraq 1472,53 dollar təşkil edib və 2022-ci ilin avqustundan bəri maksimum həddə yüksəlib.Soya yağının qiyməti isə 7,4% artaraq ton üçün 1775,26 dollar olub və 2022-ci ilin mayından bəri ən yüksək səviyyəyə çatıb.




