İCBARİ MƏNZİL SIĞORTASINDA DƏYİŞİKLİK
KASIB AİLƏLƏRİN EVİNİ DÖVLƏT SIĞORTALAYACAQ?
Hesablama Palatası aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək üçün yaşayış evlərinin icbari sığortasının təkmilləşdirilməsini təklif edir. FED.az bu barədə Palataya istinadən xəbər verir. Təklifə əsasən, ünvanlı sosial yardım alan ailələrin evlərinin sığortalanmasına Mərkəzi Bank, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birlikdə nəzarət etməlidir. Eyni zamanda, bu ailələrin sığorta haqlarının ödənilməsi qaydaları mövcud qanunvericiliyə uyğunlaşdırılmalıdır.




