İRAN 5 ƏRƏB DÖVLƏTİNDƏN KOMPENSASİYA İSTƏYİR
FİZİKİ VƏ MƏNƏVİ ZƏRƏRƏ GÖRƏ TƏZMİNAT TƏLƏBİ
İRAN 5 ƏRƏB DÖVLƏTİNDƏN KOMPENSASİYA İSTƏYİR
İran hərbi əməliyyatlar nəticəsində dəyən fiziki və mənəvi zərərə görə beş ərəb dövlətindən kompensasiya almaq niyyətindədir.Oxu.Az xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bəyan edib.”Biz regionun beş ölkəsindən – Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyadan ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirakına görə kompensasiya tələb edirik”, – deyə İravani bildirib.Diplomat vurğulayıb ki, rəsmi Tehran sözügedən ölkələr müharibədə İsrail və ABŞ ilə əlbir olduqlarına və İran qarşısındakı öhdəlikləri pozduqları üçün onlardan təzminat tələb etmək niyyətindədir.




