ORTA AYLIQ KİRAYƏ HAQQI 1000 MANATI ÖTDÜ
EVİN QİYMƏTİNİ
“ÇIXARMAQ” ÜÇÜN 20 İLDƏN ÇOX VAXT LAZIMDIR
Azərbaycanda orta aylıq kirayə haqqı 1 000 manatı ötüb.Bu, Azərbaycan Mərkəzi Bankının illik “Maliyyə Sabitliyi hesabatı”nda əksini tapıb.
Qeyd olunub ki, dekabr ayının sonunda ölkə üzrə təklif edilən orta aylıq kirayə haqqı 1 002 manat təşkil edir.Bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20.9 il olmasını şərtləndirir.Sadə desək, hazırda kirayə qiymətləri yüksəkdir və evin qiymətini kirayə ilə “çıxarmaq” üçün orta hesabla 20,9 il lazımdır. Bu müddət 2025-ci illə müqayisədə 1,4 il artıb.Bu da onu göstərir ki, mənzil qiymətləri kirayə qiymətlərindən daha sürətlə artır.




