İXRAC VƏ İDXALDA AZALMA
İXRAC VƏ İDXALDA AZALMA
TÜRKİYƏ AZƏRBAYCANIN 2-Cİ ƏN BÖYÜK TİCARƏT TƏRƏFDAŞIDIR
2026-cı ilin yanvar–mart aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1,309 milyard dollar təşkil edib. Bu,2025-ci ilin eyni dövrü ilə müqayisədə 121,5 milyon dollar azdır. Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 13,91%-i həcmində olub. Bununla da Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşları arasında 2-ci yerdə qərarlaşıb.Bu dövrdə Azərbaycandan Türkiyəyə ixrac 785,9 milyon dollar olub və illik müqayisədə 6,1% azalıb. Bununla yanaşı, qeyri-neft ixracı 4,2% artaraq 139,9 milyon dollara çatıb.Türkiyədən Azərbaycana idxal isə 522,9 milyon dollar təşkil edib ki, bu da 11,8% azalma deməkdir. Ümumilikdə, Azərbaycanın xarici ticarət dövriyyəsi 9,4 milyard dollar olub və illik müqayisədə 21,9% azalıb. Buna baxmayaraq, 1,398 milyard dollarlıq müsbət ticarət saldosu formalaşıb.




