“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIR
AZADLIĞA ÇIXMASI ÜÇÜN 1 MİLYON AVRO GİROV İSTƏNİLDİ
İspaniya Prokurorluğu dünyaca məşhur geyim brendi “Mango”nun yaradıcısı İsak Andikin oğlu Conatan Andikin girov müqabilində azadlığa buraxılmasını tələb edib. İstintaq orqanı onun zaminə buraxılması üçün 1 milyon avro məbləğində girov təyin edilməsini istəyir. Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın EFE informasiya agentliyi məlumat yayıb. Məlumata görə, Conatan Andik bir müddət əvvəl şirkətin maliyyə fəaliyyəti və iddia olunan qanunsuzluqlarla bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində Kataloniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Biznesmenə qarşı rəsmi ittiham irəli sürülsə də, Conatan Andik baş verənlərdə hər hansı bir iştirakını qəti şəkildə inkar edir. Qlobal miqyasda “Mango” brendinin 2900-ə yaxın mağazası fəaliyyət göstərir. Şirkət 2024-cü maliyyə ilini rekord göstərici ilə yekunlaşdıraraq, satış həcmini 3.3 milyard avrodan yuxarıya çatdırıb.




