NEFT FONDU NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETDİ?
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2026-cı ilin ilk 6 ayının sonunda 72,6 milyard ABŞ dolları -123,4 milyard manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə azalma deməkdir.Fondun məlumatına görə, yanvar-iyun aylarında neft-qaz gəlirləri 4,95 milyard manat,investisiyaların idarə olunmasından gəlirlər 3,58 milyard manat olub.Bu dövrdə ARDNF-in ümumi gəlirləri 8,53 milyard manat təşkil edib.
Fond dövlət büdcəsinə 6,42 milyard manat transfert edib. Təhsil proqramlarına 14,3 milyon manat, idarəetmə xərclərinə isə 15,4 milyon manat ayrılıb.ARDNF bildirib ki, qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində 3,69 milyard manat büdcədənkənar xərc yaranıb. Bundan əlavə, ABŞ-İran gərginliyi səbəbindən ilin əvvəlində maliyyə bazarlarında dalğalanma olsa da, ikinci rübdə bazarlar əsasən bərpa olunub. Qızılın qiyməti isə ikinci rübdə enməyə davam edib.

