İyun ayındakı anomal isti hava işlərin dayandırıldığı saatlar səbəbindən Böyük Britaniya iqtisadiyyatına 1.5 milyard avroya başa gəlib.Bu barədə “Bloomberg” agentliyi xəbər verir.London İqtisadiyyat Məktəbinin nəzdindəki Qrantem İqlim Dəyişikliyi və Ətraf Mühit Tədqiqat İnstitutu 1 950 nəfər yetkin Britaniya vətəndaşı arasında sorğu keçirərək bir sıra nəticələr əldə edib. Sorğu göstərib ki,ağır fiziki əməklə məşğul olan işçilər, o cümlədən tikinti sektoru və kənd təsərrüfatı müəssisələrinin əməkdaşları iş vaxtlarını daha da qısaldıblar, sorğu iştirakçılarının 3.6%-i isə bürkü havaya görə həmin vaxt ümumiyyətlə işləməyiblər.

