NEFT HASİLATI 36 İLİN MİNİMUMUNA DÜŞDÜ
NEFT HASİLATI 36 İLİN MİNİMUMUNA DÜŞDÜ
KÖRFƏZDƏKİ GƏRGİNLİK SƏUDİYYƏDƏ BÖHRANA SƏBƏB OLUB
Səudiyyə Ərəbistanının xam neft hasilatı aprel ayında 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.Trend xəbər verir ki, buna Yaxın Şərqdəki münaqişə fonunda Körfəzdən ixracatda yaranan fasilələr səbəb olub.OPEC-in aylıq hesabatına görə, Səudiyyə Ərəbistanının neft hasilatı apreldə daha 651 min barel azalaraq gündə 6 milyon 316 milyon barelə enib. Bu, fevral ayından bəri 42 faiz itki, eyni zamanda, 36 il əvvəlki Körfəz müharibəsindən bəri ən aşağı səviyyə deməkdir.Qeyd edək ki, OPEC aylıq hesabatında 2026-cı il üzrə qlobal neft tələbatının artım proqnozunu gündəlik 1,2 milyon barelə endirib, Beynəlxalq Enerji Agentliyi isə qlobal tələbatın gündəlik 420 min barel azalacağını proqnozlaşdırıb.




