QAZLA BAĞLI RÜSÜM LƏĞV EDİLİR
VƏTƏNDAŞLAR ÜÇÜN YENİLİK
Qaz qurğularının xəritələrindən – sxemlərindən istifadəyə görə ödənilən 20 manat dövlət rüsumu ləğv edilir.Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, yeni “Qaz təchizatı haqqında” qanunda qaz qurğularının xəritələrinin dövlət rüsumu ödənilməklə sifarişçilərə verilməsi nəzərdə tutulmadığı üçün “Dövlət rüsumu haqqında” qanunun bu məsələni tənzimləyən maddəsi ləğv edilir.Bununla da tətbiq olunan 20 manat dövlət rüsumu aradan qaldırılır.

