QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR
YENİ QAYDALAR TƏSDİQLƏNDİ
Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nı təsdiqləyib. Yeni qaydalar qaz təchizatı, müqavilələrin bağlanması və müraciət prosedurlarını tənzimləyir.
Qərara əsasən, vətəndaşlar tikinti obyektinin qazlaşdırılması üçün qaz satıcısı ilə qazın alqı-satqısı müqaviləsini “ASAN Kommunal” mərkəzləri vasitəsilə rəsmiləşdirəcəklər.
Lakin “ASAN Kommunal” mərkəzləri hələ fəaliyyət göstərməyən rayon və şəhərlərdə bu xidmət həmin mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə göstəriləcək.
Yeni qaydalarda elektron xidmətlərlə bağlı da keçid mexanizmi müəyyən edilib. Belə ki, Elektron Hökumət İnformasiya Sistemi üzərindən nəzərdə tutulan xidmətlər tam istifadəyə verilənədək müraciətlər əvvəlki qaydada – birbaşa, poçt və ya elektron poçt vasitəsilə qəbul ediləcək.

