SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA HƏBS MÜDDƏTİ 4 İLƏ QƏDƏR ARTIRILA BİLƏR
Azərbaycanda onlayn və sosial şəbəkələr üzərindən qumar təşkil edənlərə cəzaların sərtləşdirilməsi təklif olunur.Layihəyə əsasən, qumar oyunlarının internet, mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə təkrar təşkili və ya keçirilməsi zamanı şəxslər əldə edilən gəlirin iki mislinədək cərimələnə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Əgər bu hal yetkinlik yaşına çatmayanların iştirakı ilə, bir qrup şəxs tərəfindən və ya böyük gəlir əldə etmək məqsədilə törədilərsə, həmin şəxslər əldə edilən gəlirin iki mislinədək cərimələnə, həmçinin 2 ildən 4 ilədək azadlıqdan məhrum edilə bilərlər.Qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

