YÜZ MİLYON QAZANAN DA VAR, XALİS ZƏRƏRLƏ İŞLƏYƏN DƏ
YÜZ MİLYON QAZANAN DA VAR, XALİS ZƏRƏRLƏ İŞLƏYƏN DƏ
BANKLAR İLK ÜÇ AYIN MALİYYƏ NƏTİCƏLƏRİNİ AÇIQLAYIB
Azərbaycanda banklar 2026-cı ilin ilk üç ayı üzrə maliyyə nəticələrini açıqlayır.Marja.az bildirir ki, 21 bankdan artıq 17-si hesabatını təqdim edib. Onlardan 16-sı birinci rübü xalis mənfəətlə , 1 bank isə zərərlə başa vurub. İlk üçlükdə ABB – yüz on milyon beş yüz yetmiş min manat, AccessBank – on iki milyon doqquz yüz doxsan beş min manat və AFB Bank – bir milyon yüz iyirmi səkkiz min manatla yer alır. Xalis zərərlə işləyən isə ölkənin ən kiçik banklarından olan Bank Avrasiya olub- 937 min manat . Nəticələrə görə, bank kiçilib, hüquqi şəxslərin depozitləri azalıb. Halbuki, 2025-ci ilin eyni dövründə bank 2 milyon manata yaxın qazanc götürmüşdü.https://marja.az/135584/16-bank-xalis-menfeet-1-bank-xalis-zerer-aciqladi-siyahi




