GÜRCÜSTANA GEDƏNLƏRƏ XOŞ XƏBƏRBAKI–TBİLİSİ–BAKI QATARLARINA ƏLAVƏ VAQONLAR QOŞULACAQ
Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumu təqribən 120 faiz artırılıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, marşrut üzrə qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb.Məlumata görə, indiyədək Bakı–Tbilisi–Bakı marşrutu üzrə 23 minə yaxın sərnişin daşınıb və qatarların doluluq səviyyəsi 100 faiz olub. Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəfi ilə zəruri texniki və əməliyyat işləri aparılır.

