Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

TARİXİ BRİLYANT ÜZÜK MUZEYDƏN OĞURLANDI

Biznes TV1 dəq oxu
Paylaş
TARİXİ BRİLYANT ÜZÜK MUZEYDƏN OĞURLANDI

NAPOLEONUN KOLLEKSİYASI QARƏT EDİLDİ TARİXİ BRİLYANT ÜZÜK MUZEYDƏN OĞURLANDI

Belçikanın Jenap şəhərindəki Napoleonun Son Qərargah Muzeyi qarət edilib. İki oğru binaya pəncərədən daxil olub. İçəridə olan əşyaları çıxarmaq üçün bir neçə vitrini sındırıblar. Kolleksiyadakı əşyalar, o cümlədən beş brilyantla bəzədilən 18 karatlıq qızıl üzük oğurlanıb. Bu üzüyün 18 iyun 1815-ci ildə imperatorun Vaterloo döyüşündə məğlubiyyətindən sonra tapıldığı bildirilir. Oğurlanan əşyalar arasında Napoleonun hakimiyyəti dövrünə aid qızıl və gümüş sikkələr də var.Oğurlanan əşyaların bazar dəyəri barədə məlumat verilməyib.