Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

“VOLKSWAGEN” ALMANİYADAKI ZAVODUNU BAĞLAYIR

Biznes TV1 dəq oxu
Paylaş
“VOLKSWAGEN” ALMANİYADAKI ZAVODUNU BAĞLAYIR

88 İLDƏ İLK DƏFƏ “VOLKSWAGEN” ALMANİYADAKI ZAVODUNU BAĞLAYIR

“Volkswagen” şirkəti 88 illik tarixində ilk dəfə Almaniyadakı zavodlarından birinin fəaliyyətini dayandırır. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.Məlumata görə, Drezden zavodunun bağlanması şirkətin Çin və Avropada satışlarının azalması fonunda üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədardır. Vaşinqton tərəfindən tətbiq edilən yüksək idxal tarifləri də bu qərara təsir edən amillər sırasında göstərilir. Zavodun bağlanması “Volkswagen”in Almaniyada 35 min iş yerini ixtisar etməyi nəzərdə tutan planının tərkib hissəsidir.Xatırladaq ki, 2002-ci ildə Drezdendə fəaliyyətə başlayan zavod bu müddət ərzində təxminən 200 min avtomobil istehsal edib. “Volkswagen”ə məxsus ərazinin gələcəkdə süni intellekt çiplərinin hazırlanması üçün tədqiqat kampusu yaradılması məqsədilə Drezden Universitetinə verilməsi planlaşdırılır.