AZƏRBAYCANIN TƏBİİ QAZ İXRACINDAN GƏLİRLƏRİ AZALIBDAHA ÇOX QAZ SATDIQ, DAHA AZ QAZANDIQ
2026-cı ilin yanvar-may aylarında Azərbaycan Suriyaya 140,720 milyon ABŞ dolları dəyərində 418,796 milyon kubmetr təbii qaz ixrac edib.Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.Ümumilikdə, 2026-cı ilin ilk 5 ayında Azərbaycan 8 ölkəyə ümumi dəyəri 3,343 milyard ABŞ dolları olan 10,381 milyard kubmetr təbii qaz ixrac edib.Hesabat dövründə Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Belə ki, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə ixrac olunan təbii qazın həcmi 1,1% yüksəlib.
Lakin qaz ixracından əldə olunan gəlirlər azalıb. Dövr ərzində təbii qaz ixracının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8% aşağı düşüb.

