2026-cı ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 160,3 milyonmanat məbləğində nöqsan aşkarlanıb. Qurumun açıqladığı altı aylıq fəaliyyət nəticələrinə görə, aşkar edilən nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manat təşkil edib.
Nəzarət tədbirləri təhsil, əsaslı vəsait qoyuluşu, ümumi dövlət xidmətləri, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, eləcə də sosial müdafiə sahələrini əhatə edib.
Bununla yanaşı, ilk dəfə 21 obyektdə dövlət maliyyə nəzarəti tədbiri keçirilib. Yoxlamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, publik hüquqi şəxsləri, məqsədli büdcə fondlarını, büdcədənkənar dövlət fondlarını və digər qurumları əhatə edib.

